Əfqanıstanın şərqində NATO qüvvələrinin avtomobil konvoyuna hücum zamanı həlak olanların sayı 12 nəfərə çatıb.
AZƏRTAC “Haama-press” informasiya agentliyinə istinadla xəbər verir ki, Nanqarhar əyalətinin administrativ mərkəzi olan Cəlalabad şəhərinin hava limanı yaxınlığında kamikadze dinamitlə dolu avtomobili NATO konvoyunun yaxınlığında partladıb. Hadisə zamanı həlak olanların hamısı mülki şəxslərdir.Bu, koalisiya hərbçilərinə qarşı son sutka ərzində edilən ikinci hücumdur. Bir müddət əvvəl Əfqanıstan milli ordusunun əsgəri əyalət qubernatorunun iqamətgahında bir qrup ABŞ hərbi qulluqçusuna atəş açmışdı. Nəticədə bir amerikalı hərbçi həlak olmuş, səkkizi isə yaralanmışdı.