Gəmi balina ilə toqquşdu: yaralılar var

Gəmi balina ilə toqquşdu: yaralılar var backend

Cənubi Koreyanın sahillərində sərnişin gəmisi qəzaya uğrayıb. Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Cənubi Koreyadan Yaponiyaya üzən “Kobi-3” gəmisi sahildən 25 kilometr aralıda balina ilə toqquşub.

Qəza nəticəsində göyərtədə olan 168 nəfərdən 12-si xəsarət alıb. 7-si ekipaj üzvü olmaqla, bütün yaralılar Yaponiyada xəstəxanaya yerləşdirilib. Qəzada gəmi özü də zədələnib. Gəminin gövdəsi deşilib, mühərriki sıradan çıxıb.
Diaspora