Obama Kubaya qarşı yumşalır

Obama Kubaya qarşı yumşalır backend

Kuba tezliklə ABŞ-ın terrorçuluğa maliyyə dəstəyi verənlər siyahısından çıxarılacaq.

ANS PRESS-in məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama bildirib.
O, Panamada keçirilən Amerika Sammiti öncəsi deyib ki, ABŞ Dövlət Departamenti Kubanın terror siyahısında iştirakını nəzərdən keçirib. Formal tövsiyəni alandan sonra bir neçə günə müsbət qərarını verəcək.

Ekspertlərin fikrincə, sammit çərçivəsində ABŞ və Kuba dövlət başçıları Barak Obama və Raul Kastro arasında görüş mütləq baş tutacaq. Panama Sammitində ilk dəfə olaraq Kuba da iştirak etməsi elə buna xidmət edir. Çünki hər iki ölkə yarıməsrlik təcridə son qoymağa çalışırlar.

Xatırladaq ki, bu gün baş tutacaq Sammitdən əvvəl ABŞ dövlət katibi Con Kerri və Kubanın xarici işlər naziri Bruno Rodrigez Panama şəhərində görüşüblər.
Diaspora