Hollivud aktrisası Ancelina Coli 6 övladı ilə birlikdə ABŞ-ı tərk edir.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, Britaniyaya köçməyə hazırlaşır. Buna səbəb Ancelinanın BMT-də vəzifə almasıdır.Colini BMT-də iki çinli məmur dəstəkləyir. Onlardan biri Lordlar Palatasından, digəri isə hakimiyyətə yaxın şəxsdir.
Bildirilir ki, əgər aktrisa "üzərinə düşən öhdəlikləri düzgün yerinə yetirsə", o, BMT-nin baş katibi olacaq.
Qeyd edək ki, A.Coli bu ilin sentyabr ayında aktyor Bred Pittdən boşanmaq üçün məhkəməyə müraciət edib. O, 6 uşaq üzərində bütün himayədarlığı öz üzərinə götürmək istəyir.