Beynəlxalq Valyuta Fondu valyutasını təqdim edib

Beynəlxalq Valyuta Fondu valyutasını təqdim edib backend

“Dot Money” virtual valyuta olmaqla "Bitcoin” rəqəmli pulunda tətbiq olunan oxşar texnologiyadan istifadə edir.

QAZİLER.AZ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən bildirir ki, yeni kriptovalyuta dünya iqtisadiyyatını sabitləşdirməyə kömək etmək, insanları və ölkələri yerli valyutaların devalvasiyasından qorumaq məqsədilə hazırlanıb. “Dot Money”dən dünyanın hər yerində internetə məcburi qoşulmadan istifadə etmək mümkün olacaq.

“Bitcoin” valyutasından fərqli olaraq “Dot Money” hökumət, hüquq-mühafizə orqanları, bank və maliyyə müəssisələri ilə əməkdaşlıq edərək fəaliyyət göstərəcək mərkəzi inzibatçıya malikdir.

Ekspertlərin fikrincə, kriptovalyutalar ənənəvi bank sisteminin gəlirləri üçün təhlükə yaratmaqda davam edir, - "Payspacemagazine” yazır.
Diaspora