İranda helikopter qəzası

İranda helikopter qəzası backend

İranda helikopter qəzası baş verib. APA-nın Tehran bürosunun məlumatına görə, helikopter paytaxt ərazisindəki Chitgar gölünə düşüb. Hər iki pilotun öldüyü bildirilir.

Tehran Qırmızı Aypara Cəmiyyətinin rəsmisi Mürtəza Muradipur deyib ki, hələlik qəzaya uğramış helikopterin hansı quruma aid olduğu bəlli deyil, lakin bilinən odur ki, helikopterdə 8 sərnişin olub ki, onlardan 5 nəfəri itkin düşüb. Hazırda göldə həmin şəxslərin axtarışı davam etdirilir.