Hindistanın baş naziri Narendra Modi ABŞ-ın nüfuzlu “Time” jurnalı tərəfindən “İlin adamı” seçilib.
Qaziler.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, nəşrin saytında keçirilən səsvermədə N.Modi Barak Obama, Donald Tramp, Culian Assanj, Mark Zukerberq və Hilları Klintonu geridə qoyub.66 yaşlı Narendra Modi 2014-ci ildən Hindistan hökumətinə rəhbərlik edir.
Qeyd edək ki, ötən il “İlin adamı” tituluna Almaniya kansleri Angela Merkel layiq görülmüşdü.