İslam Kərimov and içdi

İslam Kərimov and içdi backend

Özbəkistan Prezidenti İslam Kərimovun andiçmə mərasimi keçirilib.

QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, aprelin 10-da Özbəkistan parlamentinin yuxarı palatası-Senat və aşağı palatası - Ali Məclisin birgə iclasında Prezident İslam Kərimovun andiçmə mərasimi keçirilib.

Mərasimdə Hökumətin, Mərkəzi Seçki Komissiyasının və Konstitusiya Məhkəməsinin üzvləri, səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, jurnalistlər iştirak ediblər.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də qonaqlar arasında olub.

Özbəkistan MSK-nın sədri Mirzə-Uluqbek Abdusalamov bildirib ki, martın 29-da keçirilən prezident seçkilərində seçici siyahılarına səsvermə hüququ olan 20 milyon 798 min 52 seçicinin adı salınıb. Onların 18 milyon 928 min nəfəri səs verib. Bu da seçicilərin 91 faizi deməkdir.

Qeyd olunub ki, seçkilərdə Sahibkarlar və İşgüzar Adamlar Hərəkatı - Liberal-Demokratik Partiyasından hazırkı dövlət başçısı İslam Kərimov 17 milyon 122 min 577 seçicinin səsini qazanıb ki, bu da 90.39 faiz deməkdir.

Komissiya sədri deyib ki, seçkiləri dünyanın 43 ölkəsindən və beş beynəlxalq təşkilatdan 300-dən artıq müşahidəçi izləyib. Seçkilər şəffaf və demokratik şəraitdə keçib, qanun pozuntusu qeydə alınmayıb.

Sonra M.U.Abdusalamov prezident vəsiqəsini təntənəli surətdə İslam Kərimova təqdim edib.

Dövlət başçısı İslam Kərimov proqram xarakterli məruzə edib. Çıxışında Prezident ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətləri, bütün sahələrdə aparılan islahatlar haqqında danışıb.
Diaspora