Moskva hava limanlarında reyslər təxirə salındı

Moskva hava limanlarında reyslər təxirə salındı backend

Moskva hava limanlarında 60-a yaxın reys təxirə salınıb, 40-a yaxın uçuş isə ləngiyir. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bu addım əlverişsiz hava şəariti ilə bağlıdır.


Ən çox reys Moskvanın "Şeremetyevo” aeroportunda təxirə salınıb. Burada 52 reys ləğv edilib, 32 reys ləngiyir.

Moskvada bu gün və sabaha güclü qar və külək proqnozlaşdırılır.