Kadırova 40 milyard ayrıldı

Kadırova 40 milyard ayrıldı backend

Rəsmi Moskva Çeçenistana gələn il üçün ayıracağı dotasiyasını 2016-cı ildəki maliyyə yardımı ilə eyni səviyyədə saxlayacaq. Axar.az xəbər verir ki, artıq Rusiya Dumasının büdcə komitəsi Çeçenistana ayrılacaq dotasiyanın miqdarını təsdiq edib. Belə ki, 2017-ci ildə Qroznının sərəncamına 40,4 milyard rubl maliyyə veriləcək.


Qeyd edək ki, bundan öncə Ramzan Kadırov Çeçenistana maliyyə yardımının azaldılmasına etiraz etmişdi. O, belə olacağı halda Çeçenistanı qoruya bilməyəcəyini bildirmişdi.