Tümendə avtoqəzada 12 nəfər dünyasını dəyişib

Tümendə avtoqəzada 12 nəfər dünyasını dəyişib backend

Rusiyanın Tümen vilayətində avtomagistralda baş verən qəza nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

Qaziler.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, ölənlərin 10-u uşaqdır.

Qeyd edək ki, bu gün Tümen vilayətində Xantı-Mansiysk magistralında avtobus, iki minik maşını və bir yük maşını toqquşub. Avtobusda 29-u uşaq olmaqla, 32 nəfər olub.

***

Rusiyanın Tümen vilayətində avtomagistralda baş verən qəza nəticəsində 10 nəfər ölüb.

Qaziler.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Xantı-Mansiysk magistralında avtobus, iki minik maşını və bir yük maşını toqquşub.

Avtobusda 29-u uşaq olmaqla, 32 nəfər olub. Qəzada ölən 10 nəfərdən 9-u uşaqdır. Qəzanın səbəbkarı avtobus sürücüsü olub. Hadisə yerinə 10 təcili yardım briqadası göndərilib.