“İŞİD” tərəfindən girov götürülən və 3,5 ay sonra azadlığa buraxılan Türkiyənin İraqın Mosul şəhərindəki sabiq baş konsulu Öztürk Yılmaz diplomatik fəaliyyətə geri dönüb.
APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, Ö. Yılmaz Türkiyənin Tacikistanda səfiri təyin edilib. Ö. Yılmazı yeni təyinat barədə xarici işlər naziri Mövlud Çavuşoğlu şəxsən məlumatlandırıb.