Ermənistana qoyulan xarici investisiyalar 12-15 dəfə azalıb

Ermənistana qoyulan xarici investisiyalar 12-15 dəfə azalıb backend

Ermənistan iqtisadiyyatına qoyulan xarici investisiyaların həcmi ilin ilk kvartalında çox aşağı olub.

Trend-in məlumatına görə, bu barədə "Aykakan jamanak" qəzeti yazıb. Qəzetin yazdığına görə, ilk kvartalla bağlı rəsmi məlumatlar mayda elan olunacaq, amma ilkin məlumatlara baxanda mənzərə fəlakətli görünür.

"Cüzi investisiyalar energetika, dağ-mədən sənayesi və kənd təsərrüfatında qeydə alınıb. Həmçinin pərakəndə ticarət sahəsində də cüzi həcm nəzərə çarpır. İnvestisiyaların ümumi həcmi 10 milyon ABŞ dollarıdır ki, son illərin analoji dövründə bu göstərici 120-150 milyon dollar idi", - deyə məqalədə qeyd olunur.
Diaspora