Liberman Qərbi Ərdoğana qarşı səslədi

Liberman Qərbi Ərdoğana qarşı səslədi backend

İsrail Müdafiə naziri Aviqdor Liberman Avropa ölkələrinə Türkiyə ilə münasibətlərlə bağlı xəbərdarlıq edib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Harets” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzet Libermanın bu sözləri Avropanın xarici işlər və müdafiə nazirləri ilə görüşü zamanı söylədiyini bildirib. Nazir bütün görüşlərində Avropa ölkələrini Türkiyəyə qarşı sərt siyasət tətbiq etməyə səsləyib:


“Niyə səssiz qalırsınız? Ərdoğana təzyiq etmək üçün bir çox imkana sahibsiziniz. Ərdoğanla münasibətlərin necə aparılacağını bilmək istəyirsinizsə, Putinə baxın”.