Türkiyənin Adana əyalətinin Aladağ rayonunda tələbə qızların qaldığı yataqxanada baş verən yanğın nəticəsində ölənlərin sayı 12-ə çatıb. BakiPost.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, yaralananların sayı isə 22-dir.
Yanğının hansı səbəbdən baş verməsi araşdırılır. İlkin ehtimallara görə yanğın elektrik xətlərində qısaqapanmadan olub.***
00:02
Türkiyənin Adana şəhərində tələbə qızların qaldığı yataqxanada yanğın olub.
"Haberturk” xəbər verir ki, yanğın zamanı 8 tələbə qız həlak olub, 13 nəfər isə yaralanıb.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
İlkin məlumatlara əsasən yanğın zamanı xilas olmaq üçün özünü pəncərədən atan bir neçə tələbə ağır bədən xəsarəti alıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürmə briqadaları cəlb olunub.