Qəzaya uğramış təyyarənin qara qutusu tapıldı

Qəzaya uğramış təyyarənin qara qutusu tapıldı backend

Kolumbiyada qəzaya uğramış Braziliya təyyarəsinin qara qutusu tapılıb.

Qaziler.az bildirir ki, bu barədə 360 Radio Colombia radiostansiyası xəbər verib.
"Dünən qəzaya uğramış təyyarənin qara qutusu tapılıb. Onun göyərtəsində "Şapekoense" (Braziliya futbol klubunun komandası) olub. Bunu nəqliyyat nazirliyi təsdiqləyib",-radiostansiyanın Twitter səhifəsində belə yazılıb.

Xilasedicilər təyyarənin qəzaya uğradığı yerdə indiyə qədər yalnız 54 cəsəd tapa biliblər.

Göyərtəsində "Şapekoense" futbol klubunun futbolçuları, məşqçiləri, klub idarə heyəti üzvləri və jurnalistlərin olduğu təyyarə Kolumbiyada qəzaya uğrayıb.