Türkiyənin baş naziri Rusiyaya səfər edəcək

Türkiyənin baş naziri Rusiyaya səfər edəcək backend

Türkiyənin baş naziri Binali Yıldırım dekabrın 6-7-də Rusiyaya səfər edəcək.

Qaziler.az-ın məlumatına görə, APA-nın məlumatına görə, bu barədə baş nazirinin administrasiyasının saytında bildirilir.

Məlumata görə, Binali Yıldırım Moskva və Kazan şəhərlərinə səfəri planlaşdırılıb.

Bundan əvvəl Rusiya Nazirlər Kabinetinin mətbuat katibliyi dekabrın 6-da baş nazir Dmitriy Medvedev və Türkiyənin baş naziri Binali Yıldırım arasında görüşün keçiriləcəyini bildirib.