Rusiya Avropa Şurasından çıxmaq fikrindən vaz keçdi

Rusiya Avropa Şurasından çıxmaq fikrindən vaz keçdi backend

Qaziler.az Ukraynanın unian.net saytına istinadən xəbər verir ki, Rusiya Avropa Şurasından çıxmaq fikrindən vaz keçib. Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç Rusiya nümayəndə heyətinin AŞPA-da səs hüququndan məhrum edilməsi ilə bağlı TASS-a danışarkən bildirib:

“Əsas odur ki, Rusiya Federasiyası Almaniya, Fransa, İtaliya və Böyük Britaniya ilə birlikdə Avropa Şurasının büdcəsinə “əsas“ ödəyicilərdəndir. Daha doğrusu, onların təşkilatın ümumi büdcəsinə qoyduğu yatırım ümumi büdcənin 50%-ni təşkil edir. Bu o cümlədən böhran vəziyyətlərində təşkilatın fəaliyyətində böyük əhəmiyyət daşıyır. Rusiya AŞPA-nın komitə və digər strukturlarında fəaliyyətini davam etdirəcək”.

Xatırladaq ki, bir neçə gün əvvəl AŞPA-da Rusiya nümayəndə heyətinin səsvermə hüququ aprelə qədər alınıb.
Diaspora