Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd edən Fətullahçı Terror Təşkilatı ilə əlaqəsi olan 62 hərbçi ömürlük həbs olunacaq.
BakiPost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul prokurorluğunun 62 hərbçinin ömürlük həb solunması ilə bağlı vəsatəti təmin olunub. Vəsatət İstanbul prokurorluğunun prokurorları Hikmət Pak və Bülent Başar tərəfindən hazırlanıb. Prokurorların hazırladığı sənəddə çevriliş gecəsi Sabiha Gökçen hava limanını ələ keçirməyə cəhd edən 28 zabitin adı da qeyd edilib. Prokurorluq siyahıda olan 62 hərbçiyə ömürlük həbs cəzasının verilməsini tələb edib.62 hərbçiyə ömürlük həbs verildi

