İstanbul prokurorluğu 15 iyul dövlət çevrilişinə cəhddə iştirak edən hərbi qulluqçulara qarşı ilkin ittiham irəli sürüb. Trend-in məlumatına görə, sənəddə 62 hərbi qulluqçunun, o cümlədən qiyam gecəsi Sabiha Gökçen hava limanını ələ keçirməyə cəhd edən 28 zabitin adı çəkilir.
Prokurorluq onlara ömürlük həbs cəzasının verilməsini tələb edir.