Türkiyənin paytaxtı Ankarada qarlı və şaxtalı hava şəraiti hökm sürür. Havanın tempraturu 3-4 dərəcəyə qədər düşüb. Şəhərin şimal bölgəsinə 20 santimetr qar düşüb. Eyni zamanda, Antalya və Manisa vilayətlərində də qar yağıb. Manisada şaxta yerli təsərrüfata ziyan vurub.
Antalya bir neçə saat davam edən qar yağışı yollarda nəqliyyatın hərəkətini məhdudlaşdırıb. Yazın ortasında Antalya üçün xarakterik olmayan hava şəraiti ən çox uşaqları sevindirib. Məktəblilər qartopu oynaraq qardan həzz alıblar.Meteoroqlar soyuq hava şəraitinin bir neçə gün davam edəcəyini proqnozlaşdırıblar.
Ölkənin şərq vilayətlərində isə, qum fırtınası təsirli olub. Şanlıurfa, Mardin və Elazığ vilayətlərində fırtına fəsadlar törədib. Yollarda görüş məsafəsinin azalması ilə əlaqədar nəqliyyatın hərəkətində ləngimələr olub. Bir neçə yol qovşağında qəzalar baş verib. Lakin, xoşbəxtlikdən, insan itkisi yaşanmayıb.
Qalın toz qatı insanların nəfəs almasına çətinlik törədib. Rəsmilər fırtına sovuşanadak insanalara evdən çölə çıxmamağı məsləhət görüb.