Türkiyənin Siirt əyalətindəki Şirvan şəhərində BBC News-un türk xidmətinin jurnalisti Xatis Kamer, Diyarbakırda isə "Amerikanın səsi" radiostansiyasının əməkdaşı Xadcan Farqin nəzarət altına alınıb.
Qaziler.az bildirir ki, bu barədə Associated Press xəbər yayıb.Xəbərdə vurğulanır ki, jurnalistlərə onların tutulmasının səbəbi bildirilməyib.
Agentlik tutulmaların və alınmamış hərbi çevriliş cəhdindən sonra Türkiyədəki həbslər dalğası arasında mümkün əlaqənin olmasını istisna etmir.