Avstriyada 25 min istifadəçi “Facebook”u məhkəməyə verib

Avstriyada 25 min istifadəçi “Facebook”u məhkəməyə verib backend

QAZILER.AZ saytı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən bildirir ki, Avstriyada 25 min istifadəçi “Facebook” sosial şəbəkəsinə qarşı kollektiv iddia qaldıraraq onu istifadəçi informasiyasının məxfiliyi sahəsində Avropa qanunvericiliyini pozması ilə əlaqədar məhkəməyə verib. İşə Vyana Məhkəməsi tərəfindən baxılacaq.

İddiaçılar “Facebook”un onların fərdi məlumatlarını toplamasından və istifadə etməsindən şikayətçidirlər.

Fərdi məlumatların mühafizəsi məsələləri ilə məşğul olan hüquqşünas Maks Şremsin rəhbərliyi altında təşəbbüs qrupu tərəfindən tərtib olunan iddia sosial şəbəkənin Dublində yerləşən baş ofisinə qarşı sürülüb. Şirkətin bu mənzil-qərargahı ABŞ və Kanadadan kənarda hesabların qeydiyyata alınmasına məsuliyyət daşıyır.

İddiaçılar həmçinin bildiriblər ki, sosial şəbəkə istifadəçilər başqa saytlarda “Facebook”un “Like” düyməsindən istifadə edən zaman onları izləməklə qanunu pozur. Bu səbəbdən onlar şəbəkədən adambaşına 540 dollar məbləğində kompensasiya almaq niyyətindədirlər. Beləliklə, məhkəmə iddianı tam təmin etsə, “Facebook”un ödəyəcəyi kompensasiyanın ümumi məbləği 13,5 milyon dollar təşkil edə bilər.

“Facebook” nümayəndələri məsələyə hələ ki münasibət bildirməyiblər, - “Lenta” yazır.
Diaspora