Türkiyənin Nevşehir şəhərinin Acıgöl rayonunda teatr aktyorlarını aparan mikroavtobus qəzaya düşüb.
Qaziler.az-ın xəzərxəbər-ə istinadən məlumatına görə, Türkiyə KİV-ləri xəbər verir ki, “Gözyaşı Geceləri” adlı teatrın aktyor heyəti Nevşehirə gedərkən sürücü idarəetməni itirib və mikroavtobus qəza törədib.Qəza nəticəsində 25 yaşlı aktyor Muhammet Tiyek ölüb. Sürücü Bekir Erdem Öz isə ağır yaralanaraq Nevşehir Dövlət xəstəxanasına yerləşdirilib. Sürücünün komada olduğu bildirilir.
Hadisə səbəbindən Nevşehir Kapodokiya Mədəniyyət Mərkəzində nümayiş olunacaq “Son kale” tamaşası ləgv edilib.