İran öhdəliyi yerinə yetirəcəkmi?

İran öhdəliyi yerinə yetirəcəkmi? backend

ABŞ: Sanksiyalar Tehran üzərinə götürdüyü öhdəlikləri icra etdikdən sonra yumşalacaq

İrana qarşı sanksiyaların ləğv olunması mərhələ-mərhələ və yalnız Tehranın “altılıq” qarşısında götürdüyü öhdəliklərin icrasından sonra həyata keçirilməlidir.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi Ceff Ratke İranın ali rəhbərlərinin sanksiyaların dərhal və birdəfəlik ləğv olunması tələbini şərh edərkən bildirib.

“Sanksiyalar tədricən və yalnız İranın “altılıq” qarşısında üzərinə götürdüyü öhdəliklərin icrası təsdiqləndikdən sonra aradan qaldırılacaq”, deyə o qeyd edərək Lozannada “altılıq və İran arasında əldə olunan razılaşmanın əsas müddəalarının qüvvədə qaldığını vurğulayıb.

“Sanksiyaların aradan qaldırılması “altılıq” ilə əldə olunan müddəaların icrasının verifikasiyasından sonra (tələblərin yerinə yetirildiyinin təsdiqlənməsi) həyata keçiriləcək”, deyə amerikalı diplomat qeyd edib.
Diaspora