Evini borcu üzündən satan aktrisa Türkan Şoray oteldə məskunlaşıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbulun Etiler məhəlləsindəki böyük malikanəsini satıb Çubuklu məhəlləsində özünə balaca villa alan aktrisanın yeni evinin təmir işləri tamamlanmayıb. Buna görə, o, müvəqqəti Baykozdakı otellərdən birinə köçüb.Ayaqlarındakı ağrı ucbatından pilləkənləri çıxa bilməyən Türkanın yeni villasında lift də var. Evin dizayn işləri ilə onun qızı məşğul olur.