Prezident: “Ölüm cəzasını bərpa etməyə hazıram”

Prezident: “Ölüm cəzasını bərpa etməyə hazıram” backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölüm cəzasını bərpa etməyə hazır olduğunu bəyan edib.

Qaziler.az xəzərxəbər-ə istinadən bildirir ki, bu barədə dövlət başçısı bu gün İstanbulda Nəcməddin Ərbakan adına Mərkəzin açılışında deyib.

R.T.Ərdoğan qeyd edib: "Xalqın ölüm cəzasının bərpasını istəyəcəyi və parlamentin qəbul edəcəyi təqdirdə, mən bu qərarı təsdiq etməyə hazıram".

Qeyd edək ki, Türkiyədə ölüm hökmü 2001-ci ildə ləğv olunub./trend