İranın Semnan əyalətində iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb, 100 nəfər xəsarət alıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Onların əksəriyyətinin yüngül yaralandığı bildirilir.Hadisə bu gün yerli vaxtla 7:40 radələrində Şahrud şəhərində baş verib. İnsident nəticəsində 4 vaqon relsdən çıxaraq aşıb, iki vaqon isə yanıb.