“Gürcüstanın NATO-ya qəbulu tezləşməlidir” - Donald Ramsfeld

“Gürcüstanın NATO-ya qəbulu tezləşməlidir” - Donald Ramsfeld backend

ABŞ-ın keçmiş müdafiə naziri Donald Ramsfeld Gürcüstanın NATO-ya qəbul edilməsi prosesinin sürətləndirilməsinin vacib olduğunu bildirib. BakıPost.az "Wall Street Journal" qəsetinə istinadən xəbər verir ki, Ramsfeld fikrini onunla əsaslandırıb ki, Gürcüstan "NATO-nun Qara dənizin və Avropanın rus avanturizmindən qorunması strategiyası"nda mühüm rol oynayır.

Pentaqonun eks-rəhbəri buna görə düşünür ki, Gürcüstanın NATO-ya qəbul edilməsində mövcud olan maneələr aradan qaldırılmalı, Gürcüstana isə gecikməkdən ittifaqa qoşulmaq üçün fəaliyyət planı təqdim edilməlidir.

O həmçinin "mürəkkəb regionda" Gürcüstanın "unikal prespektivi" barədə də danışıb. Ramsfeld ölkənin Rusiyanın təxribatçı hərəkətlərinə məruz qalmasını, Türkiyə ilə sərhədlərə malik olduğunu və İranla münasibətlər qurmasına da diqqət çəkib.

"ABŞ-ın Gürcüstanın vacib bir ölkə olduğunu qəbul etməsinin vaxtı çatıb və onun regional strategiyasını planlaşdırmasına və həyata keçirməsinə kömək etmək lazımdır. Xəzər dənizindən Amerika və Avropa müttəfiqlərinə yetişmək üçün Gürcüstan böyük bir nəqliyyat marşrutu üzərində yerləşir. O keçmiş Sovet İttifaqı ölkələrindən Yaxın Şərqə mücahidlərin axınının qarşısında mühüm maneədir", -deyə eks-nazir qeyd edib.

O həmçinin enerji daşıyıcılarının Xəzər dənizi regionundan Avropaya nəql edilməsində Gürcüstanın mühüm əhəmiyyət kəsb etməsindən, bu məqsədlə dərinsualtı Anakli limanının tikintisindən də bəhs edib.

"Bütün bu səbəblərə görə ABŞ Gürcüstanla əməkdaşlığını möhkəmləndirmək üçün səmərəli addımlar atmalıdır"-deyə Ramsfeld sonda bildirib.