Çexiya prezidenti Miloş Zeman ABŞ-ın Praqadakı səfiri Endryu Şapiro ilə yalnız ABŞ prezidenti Barak Obama Çexiyanın Vaşinqtondakı səfiri Pyotr Qandaloviçi qəbul etdikdən sonra görüşəcək.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Çexiyanın “İmpuls” radiostansiyasına müsahibəsində prezident administrasiyasının xarici siyasət departamentinin müdiri Ginek Kmoniçek bildirib.“Praqada olan hər hansı digər səfirlərdə olduğu kimi, səfir Şapironun həqiqətən böyük və mühüm səbəbi olmalıdır ki, Çexiya prezidenti onu rəsmi, tet-a-tet, qəbul etsin”, deyə Kmoniçek qeyd edib.
O hazırda belə bir səbəbin olmadığını qeyd edib: “Lakin əgər sabah Obama səfir Qandaloviçi qəbul edərsə, prezident Zeman da, bundan sonra, səfir Şapiro ilə görüşə bilər”.