Suriyada 7 türk əsgəri yaralandı

Suriyada 7 türk əsgəri yaralandı backend

Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Firat qalxanı” əməliyyatı çərçivəsində bu gün 7 türk əsgəri yaralanıb.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi xəbərə görə, yaralı əsgərlər təcili tibbi yardım maşınları ilə sərhədə çatdırılaraq buradan helikopterlə Kilis Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Onların yaralanma şəraiti haqda əlavə məlumat yoxdur.

Qeyd edək ki, “Firat qalxanı” adlı əməliyyata avqustun 24-də start verilib.