İstanbulda məhkəmə prosesi zamanı qan tökülüb.
ATV.az xəbər verir ki, oğurluq hadisəsinə görə nəzarətə götürülən şübhəlilər hakim qarşısına çıxarılıb. Şahidlərin dindirilməsi zamanı, onlar şübhəlilərin törətdiyi hadisənin təfərrüatlarından danışıb.Müttəhimlər kürsüsündə olan şübhəlilərdən biri Cəfər, şahidlərin dediklərini təkzib edərək soyğun hadisəsiylə əlaqəsinin olmadığını iddia edib. Bu zaman digər şübhəli Uğur qəzəblənərək bıçaqla Cəfərin qulağı və üzünü kəsib. Uğur iddia edib ki, onlar qarət hadisəsini birlikdə həyata keçiriblər.
Qarşıdurma zamanı müvazinətini itirən şəxslər, təcrübə toplamaq məqsədiylə salonda olan hakimin üzərinə yıxılıb. Başı divara çırpılan xanım hakim xəsarətlər alıb. Məhkəmə zamanı salonda olan iştirakçılar həyəcan içində qaçaraq ərazidən uzaqlaşıb.
Təhlükəsizlik əməkdaşlarının səyi nəticəsində şübhəliləri sakitləşdirmək mümkün olub. Xəstəxanaya çatdırılan Cəfərin vəziyyəti normaldır. Uğurun bıçağı nəzarət altında saxlandığı təcridxanada düzəltdiyi üzə çıxıb. Məhkəmə prosesi müvəqqəti təxirə salınıb.