Hər 10 amerikalıdan 6-sı Azərbaycanı tanıyır

Hər 10 amerikalıdan 6-sı Azərbaycanı tanıyır backend

Azərbaycanı növbəti dəfə dünyanın ən böyük dövləti ABŞ-da sorğuya daxil ediblər. Bir müddət əvvəl mən özüm də məhşur sosial şəbəkə olan "Periscope"da sorğu keçirdim, ABŞ vətəndaşlarının az sayılmayan bir qismi ölkəmiz haqqında məlumatlı olduqlarını dilə gətirdilər. Onu deyim ki, çox xoş təəssürat yaradır insanda.

İndi isə həmvətənimiz Vaşinqton küçələrində ABŞ vətəndaşları arasında sorğu keçirib: "Do you know Azerbaijan?" yəni Azərbaycanı tanıyırsınızmı?

Müxtəlif maraqlı cavablar öyrəndik, bəziləri bunun bir tanınmış şəxs olduğunu bəziləri isə ümumiyyətlə məlumatsız olduqlarını deyib keçirdilər. Çoxluq isə tanıyırdı... Ən azından Azərbaycanın bir ölkə olduğunu bilirdi. Səmimi və ürəyi yumuşaq Amerika xalqının dəyərli vətəndaşları həmvətənimizin "Azərbaycanın paytaxtı haradır" sualına da "Bilmirəm" deyil, yadımda deyil deyə cavab verib keçirdi. Sözsüz ki, bu bir-iki nəfərdə deyil, bir neçə nəfərdə baş verdi. Deməli, hörmət və ehtiram nümayiş edirdilər. Təşəkkürlər ABŞ xalqı.

Mövzumuzun əsas prioriteti sayılan sorğunun nəticələrinə gələk. Azərbaycan haqqında məlumatı olan ABŞ vətəndaşını izləmək qürurverici olsa gərək.

ABŞ-lılar Azərbaycanı daha çox dünya mediasında gündəmə gəldiyi informasiyalarda tanıdıqlarını deyirlər. Məsələn, bir amerikalı sorğumuza cavab olaraq deyir ki, Azərbaycanı zəlzələ olan ölkə kimi tanıyıram. Və ya başqa biri paytaxtını bilmədiyi ölkəmizin keçmiş Rusiya deyə izah edir. Azərbaycanı ABŞ-da keçmiş post sovet ölkəsi kimi tanıyanlar da var. Əsasən neftimizin çox olduğunu, ölkə iqtisadiyyatımızın gələcək perspektivlərinin bir Amerikalı gözündə optimist göründüyünü izah edirdilər. Hər nədirsə, ABŞ cəmiyyəti ölkələrindən 108 dəfə kiçik olan Azərbaycanı gözlədiyimizdən daha artıq tanıyırlar. Lakin koreyalılardan fərqli olaraq ABŞ-da Azərbaycanı hər hansı tədbirlərdən, konfranslardan deyil, sadəcə dünya mediasında tanıdıqlarını deyirlər. Halbuki ABŞ-da Qarabağ haqqında ərazi, mədəniyyət və tarixi əhatəmiz haqqında daha çox tədbirlər baş tutulub. Doğrudur, diasporalarımız ölkəmizi təbliğ etmək üçün əllərindən gələni əsirgəmirlər. Lakin fakt odur ki, ABŞ-da bizim ölkəni dünya mediası və sosial şəbəkələrdən tanıyırlar. Bu da uğurdur!

"Vətən" Amerika-Azərbaycan Mədəni Mərkəzi, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti, Şimali Azərbaycan Mədəniyyət Mərkəzi, Muğam Mədəniyyət Mərkəzi, "Azərbaycan Evi", Azərbaycan Nyu-York Assosiasiyası, Azərbaycan Mədəniyyət Ocağı kimi bir sıra diaspora təşkilatlarının Azərbaycanın tanıdılmasında böyük işləri olub.

Hal-hazırda dünyada gedən Kiber mübarizə çərçivəsində ermənilərlə soyqırım, mədəniyyət və tarixi davası davam edir. Dünyanın diqqət mərkəzi sayılan ABŞ-da bu mövzuların milli təbliğatı ABŞ cəmiyyətinin diqqətini özünə cəlb edirsə, deməli, dünya çapında diqqət və mənbələrə inam yaranacaq. Yerli təmsilçilərimiz də etiraf edirlər ki, qərb ölkələrində, xüsusilə, Kaliforniya ştatında erməni diasporaları güclü fəaliyyət göstərirlər. Bu yöndə onların fəaliyyəti o dərəcədə inkişaf edib ki, ABŞ-ın bəzi ştatlarında erməni məhəllərinə də rast gəlmək olar. Bəli, ermənilər ABŞ təfəkkürünə də təsir etməkdədir. Soğruda iştirak edənlər arasında Azərbaycanı Ermənistanın yanında olan bir ölkə kimi tandıqlarını deyənlər də oldu. Təəssüfedicidir. Düzü, bir vətəndaş olaraq qüruruma toxunan hal kimi qəbul edirəm. Hərçənd ermənilər bir qəpiyə dəyən ölkə deyil. Görün mənfur qonşumuz insanların girə bilmədiyi "deşik"lərə siçovul kimi soxula bilirlər. Beyin yeyən siçovullar.

Keçmiş sovet məkanında ayrılmağımızın təzahürləri belə sorğularda üzə çıxır. Ötənki yazımda Cənubi Koreya vətəndaşları arasında Azərbaycanın tanıdılması ilə bağlı sorğuda keçmiş sovet ölkəsi deyənlər olmuşdu. "Mərkəzi Asiyada yerləşir və ya Şərqi Avropa ilə Asiya arasında yerləşən bir dövlətdir, amma paytaxtını bilmirəm". Bunun kimi cavablar verib Azərbaycan gənc dövlət kimi görüb və ona uğurlar arzu edənlər də oldu. Yadımdadır, məşhur teleaparıcımız Qərib Azərin dünya turu haqqında yayımladığı verilişlər silsiləsində bizim ölkə haqqında ABŞ-da və mərkəzi Amerikada həmsöhbət olduğu yerli sakinlərdən Azərbaycan haqqında soruşurdu. Lakin təəssüf ki, demək olar heç biri ölkəmizi tanımadı. Həmin illərdən bu yana təxminən 6-7 il keçib. Bəlkə də daha çox. İndi Azərbaycanı bəlkə də Sovet Rusiyasına görə, ola bilsin ki, neftinə görə, və yaxud da bizi beynəlxalq idman turnirlərindəki uğurlarımıza görə tanıyıblar. Bakıda keçirilən Avropa oyunları, Şahmat olimpiyadaları, o cümlədən bir neçə idmançılarımızın ABŞ-ın öndəgedən idmançıları ilə dünya reytinq sıralamasında tutduqları mövqelərin qonşu olması kimi amillər indi Azərbaycanın tandılmasında prioritet məsələyə çevrilib. Bizi Lixteynşteyn, Vatikan, Sinqapur kimi mikro dövlətlər qədər tanımasalar da, hər halda 250-dən çox müstəqil dövlətlər arasında Türkiyə Rusiya və İranla birlikdə irəli gedirik.

Qonşularımız ABŞ-ın diqqət mərkəzindədir

Belə bir yanaşma mövcuddur. Biz Cənubdan İranla, Şimaldan Rusiya ilə, cənub-qərbdən isə qardaş Türkiyə ilə həmsərhədik. Bu üç ölkənin ABŞ-la son 10-15 il ərzində münasibəti mütəmadiləşmişdi. Rusiyanın bir vaxtlar "Böyük 8-lik", indi isə "Böyük 20-lik"də ABŞ-a qənim kəsilməsi, dünya idarəçiliyi mübarizəsində ABŞ-ın Rusiyadan kəsməsi kimi hallar var idi. İran da ABŞ-la nüvə silahı hesabına şöhrət qazandı, digər tərəfdən dini münasibətdə fərqlilik də məsələdə mühüm rol oynadı. ABŞ vətəndaşlarında biri sorğuya cavab verərkən belə bir siyasi şərh verir: İsrail, İrana hərbi hücum etmək üçün öz texnikalarını Azərbaycanda yerləşdirib.

Türkiyəni vətənpərvərliyin nümunəvi ölkəsi adlandırırlar. O cümlədən dünya hərbi məktəbləri tarixində ən güclü ordu quruculuğu və hərbi təlim peşəkarlığı ilə seçilən dövlət olaraq sıralamada ön pillələrdə yer alıb. Bordo Berelilerin ABŞ ordusu ilə yanaşa durması da türk ordusunun nüfuzunu göstərir. Türk vətəndaşının öz ölkəsi ilə bağlı ABŞ-da keçirdiyi bayraq sorğusunu xatırlayıram. Orada Türkiyə bayrağını tanımayan amerikalı yox idi. Daha sonra Azərbaycanın bayrağını sorğuya çəkən həmin gənc bir neçə dəfə bizim bayrağımızın Türkiyə bayrağı olduğunu söyləyən ABŞ vətəndaşlarına rast gəldi. Doğrudur, yaxın və dost ölkələr olsaq da bayrağımızın Türkiyə bayrağına oxşadılmasından daha önəmli onun Azərbaycan bayrağı olduğunu dünyaya çatdırmaqdır məqsədimiz.

Sorğu zamanı "Azərbayan Ön Asiyada yerləşir" cavabı da keçmiş sovet birliyinin tarixinə əsaslanır. Bir uzaq qərb və ya uzaq şərq vətəndaşının Azərbaycanı Qazaxıstan və Türkmənistan deyə adlandırması sizi təccübləndirməsin.

Qisası, sorğunun nəticəsi qənətbəxş sayıla bilər. Təbii ki, Azərbaycan adlı ölkə olduğunu belə bilməyənlər də sorğuda iştirak etmişdi. Ancaq məsələyə optimist yanaşmalıyıq. Bir düşünsəniz, son 10 ildə Azərbaycanın tanınmasına kifayət qədər nail olmuşuq. Növbəti 10 ildə yəqin ki, Azərbaycanı tanımayan ABŞ vətəndaşı qalmaz.


Rüfət Soltan


Adalet.az