Qaziler.az AZERTAC-a istinadən xəbər verir ki, Böyük Britaniya hökuməti yeni qanunla artıq ölkədən çıxanların pasportlarını yoxlanışdan keçirəcək.
Bu qərar ilə Birləşmiş Krallıq hökuməti qanunsuz köçün qarşısını almağı planlaşdırır.Qeyd edək ki, Britaniyada ölkəni tərk edənlərin yoxlanılması qanunu 1998-də ləğv edilmişdi. Həmin dövrdə texniki çatışmamazlıqlar buna səbəb olmuşdu. Yeni təsis edilən İrəli Sərnişin Məlumat Sistemi ilə aprel ayının 8-dən etibarən artıq ölkəyə gələnlər və ölkədən gedənlərin pasportları yoxlanılacaq.