Rusiyada 9 ay ərzində 9 min adam ölüb – SƏBƏB

Rusiyada 9 ay ərzində 9 min adam ölüb – SƏBƏB backend

2016-cı ilin yanvar-sentyabr ayları ərzində Rusiyada alkoqoldan zəhərlənmə nəticəsində 9 min 300 nəfər ölüb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, ölüm halları keçən illə müqayisədə 23 faiz çoxdur.

Məlumata görə, zəhərlənənlər təkcə spirt və saxta araq içərək dünyasının dəyişməyiblər. Ölənlərin bir çoxu imkansızlıq ucbatından əyləc yağı, odekolon və tərkibində spirt olan digər mayelər də qəbul ediblər.