Adana valisi Mahmud Demirtaş partlayışın binanın avtomobil parkının qarşısında baş verdiyini bildirib.
Bu barədə Qaziler.az "Hürriyyət" qəzetinə istinadən məlumat verir.O əlavə edib ki, hadisə nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb.
****
Adana valiliyinin inzibati binasının qarşısında partlayış baş verib.
Qaziler.az-ın "Habertürk" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1-i ağır olmaqla 5 nəfər xəsarət alıb.
Partlayışın binanın avtomobil parkında qeydə alındığı bildirilir. Avtomobillərdən birinin partlaması nəticəsində bina və ətrafdakı maşınlar da zərər görüb.
Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadaları, polis əməkdaşları cəlb olunub.
Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.