"Avropanı parçalamaq üçün İkinci Dünya müharibəsini törədiblər"
Region Ukrayna prezidenti Pyotr Poroşenko İkinci Dünya müharibəsinə görə Stalini günahlandırıb.ANS PRESS-in məlumatına görə, prezident Poroşenko Polşa prezidenti Bronislav Komorovski ilə görüşü zamanı bildirib ki, Adolf Hitler və İosif Stalin Avropanı parçalamaq üçün birlikdə İkinci Dünya müharibəsini törədiblər.
"Hitler Stalinlə birlikdə qanlı İkinci Dünya müharibəsini törədiblər ki, Avropa ölkələri arasında parçalanma yaratsınlar və qitəni parçalasınlar", - deyə Ukrayna prezidenti bildirib.
Qeyd edək ki, bəzi mənbələr Ukraynanın yeni hakimiyyətinin son zamanlar nasist kollaborasionistlərin (İkinci Dünya müharibəsi zamanı öz vətənini işğal etmiş faşist işğalçıları ilə əməkdaşlıq edən vətən xainləri) qəhrəman kimi təqdim edilməsi üçün təbliğat apardığını bildirirlər.