“Putin və onun ətrafı Ukraynadakı hərəkətlərinə görə müttəhimlər kürsüsündə cavab verəcəklər.” Qaziler.az saytı xəbər verir ki, Milli təhlükəsizlik və müdafiə Şurası katibinin mətbuat xidmətindən UNİAN-a verilən məlumata görə o, bu sözləri “kanal 5 ”-ə müsahibəsində Aleksandr Turçinov bildirib: “Rusiya Federasiyası prezidentinin məqsədi Ukraynada sabitliyi pozmaq, Ukraynanın müstəqillik və suverenliyini məhv etməkdir”.
Turçinovun sözlərinə görə, bu gün müxtəlif yerlərdə rus terrorçu qrupları Ukrayna hərbi qüvvələrinin yerləşdiyi müdafiə xəttini yarmağa cəhd ediblər. Onun sözlərinə görə müdafiə xəttini yara bilməyən döyüşçülər məsələn, yanvarın 24-də Mariupolun dinc sakinlərini atəşə tutaraq daha ağır cinayət törətmişlər.Şura sədri əmin edir ki, Mariupol tam möhkəmləndirilib: “Terrorçuların bu cəhdləri heç bir nəticə verməyib, əksinə onlar çoxlu itki veriblər”.