Bütün dünyada iqlimin Qlobal dəyişikliyə məruz qalmasına qarşı biganə yanaşma var. Günün əsas problemi də budur. Amosferin ağır xəstəliyə düçar olması heç kimi vecinə deyil. Ancaq Atmosferi öldürsək biz də öləcəyik. Dünya alimləri məsələni daha dərindən fərq edirlər, fəsillərin sıradan çıxması anlayışı beləliklə elm platformasına məcburi eniş edib. Son günlər Azərbaycanda da bu analoji vəziyyətin şahidi oluruq. Sentybr ayının sonlarından etibarən soyuq hava kütlələrinin sümüyümüzə kimi işləməsi təsadüfü hal deyil. Bunu sinoptiklər və coğrafiyaşünas alimlər qlobal təzahürlə bağlayırlar. Elə BMT-nin iqlimlə bağlı hazırladığı sonuncu hesabatında yer alan bu ifadələr nəzərimcə qorxuludur: “Bütün dünyada qlobal iqlim dəyişmələri nəticələrində fəsil anlayışı - payız, qış, yaz, yay yox olacaq və tarixə çevriləcək. Hər hansı bir mövsümdə həm 40 dərəcə isti, həm də 0 dərəcə şaxta müşahidə etmək mümkün olacaq”. Bu fikirlər Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlimlə bağlı hazırladığı sonuncu hesabatında əksini tapıb. Gələcək 30-50 il üçün nəzərdə tutulan BMT-nin bu hesabatı ağır nəticələrin olacağından xəbər verir. Hesabatda bildirilir ki, ilin hər hansı bir ayında həm yandırıcı isti görmək olacaq, həm də qar yağa bilər. Fəsil anlayışı tədricən yaddan çıxacaq. Artıq dünyada iqlim dəyişməsi və iqlim istiləşməsi müşahidə olunur.
BMT-nin iqlimlə bağlı hazırladığı sonuncu hesabatda ekstremal halların sayının çoxalacağı qeyd olunub. Güclü yağışların yağması, tufanların olması kimi hallar artacaq.BMT-nin hesabatında kənd təsərrüfatı məhsuldarlığının, xüsusən buğda məhsullarının azalacağı bildirilib. İqlimin dəyişməsi katastrofik hallara gətirib çıxaracaq və bundan da ən çox kasıb, dənizlərin, okeanların sahil zonasında yerləşən ölkələr ziyan çəkəcək.Həmyerlilərimiz indi elə hesab edirlər ki, Azərbaycan kiçik bir ölkə olaraq bu cür hadisələridən yan keçir. Elə deyil. Mövzu atmosfer və ümumiyyətlə təbiətdirsə onun açıq aşkar sərhədləri olmur. Elə buna görə də ilqim pozulması Qlobal problem kimi səciyyələnir. Yəni uzun sözün qısası Azərbaycan da iqlim dəyişməsindən ən çox ziyan çəkən ölkələrdən biri olacaq. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin iqlim dəyişmələri ilə bağlı hesabatında iqlim dəyişməsindən ən çox ziyan çəkəcək 39 ölkənin adı çəkilir. Azərbaycanın da həmin siyahıya düşüb və ölkəmizin coğrafi mövqeyi iqlim dəyişmələrinin təsirlərinə həssas olduğu qeyd edilir.
Bütün dünyada olduğu kimi, qlobal iqlim dəyişmələri Azərbaycanda da özünü göstərir.
“İqlim dəyişikliyi Azərbaycanda dağlıq ərazilərdə təbii fəlakətlərin artmasına, bitki örtüyü məhv olmasına, Xəzərdə biomüxtəlifliyin azalmasına səbəb olacaq”
Yerli alimlərimiz də məlumatın doğruluğunu təsdiq edir. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov deyib ki, yer kürəsində dəyişiklik gedirsə, bu, Azərbaycanda da hiss ediləcək: “Azərbaycan ərazisinin xeyli hissəsi - 60%-dən çoxu dağlıq ərazidir. Bu ərazilərdə təbii fəlakətlərinin intensivliyi və dəyişmə diapazonu artacaq. Təbii ki, bu da öz növbəsində ziyanlar gətirəcək. Digər tərəfdən Azərbaycan ərazisinin landşaftının çox hissəsi yarımsəhradır. Bunlar da iqlim dəyişmələrinə ən həssas olan ərazilərdir. İqlimin dəyişməsi, temperaturun 1-2 dərəcə qalxması artıq bu landşaftlarda təzahürünü tapacaq. Bu da səhralaşma prosesinin sürətlənməsinə gətirib çıxarar. Yağıntının miqdarı buxarlanmanın miqdarından az olacaq. Getdikcə ərazilər bir qədər də aridləşəcək və bitki örtüyü məhv olacaq. Azərbaycan ərazisi ümumiyyətlə hər baxımından bu dəyişmələrə həssasdır. İ iqlim dəyişmələri Xəzər dənizinin səviyyəsinin dəyişməsinə, orada olan biomüxtəlifliyə də mütləq təsir göstərəcək. Xəzərin səviyyəsinin qalxması və ya enməsi bizə hər dəfə böyük maddi ziyan vurur və sahil zonasında ekoloji vəziyyəti dəyişdirir. Biomüxtəlifliyin azalması nəticəsində nərə balığı, kütüm (ziyad) balığı məhv olacaq”.
Dünyada baş verən iqlim dəyişmələri artıq Azərbaycanda da müşahidə olunur
İqlim dəyişmələrinin təzahürlərindən biri diapazonun dəyişməsidir. Alimlər hesab edir ki, diapazon dəyişikliyi nəticəsində eyni mövsümdə hədsiz dərəcə şaxta və hədsiz dərəcədə isti müşahidə etmək olar. Mümkündür ki, 15 gündən sonra şaxta və yaxud 20 dərəcə istil olsun. Bunlar hamısı iqlim dəyişmələrinin təzahürüdür. Dünyada baş verən iqlim dəyişmələri artıq Azərbaycanda da müşahidə olunur. Biz materikin dərinliyindəyik deyə katastrofikr, böyük diapazonda dəyişmələr okeandan materikin dərinliyinə gələnə kimi bir az zəifləyir. Amma hər halda, bizə gəlib çıxır. Artıq katastrofik dəyişmələr başlayıb və bu hallar dünyanın müxtəlif ölkələrində müxtəlif hallarda müşahidə olunur. 2 il öncə yayda Avropada qar yağması, 2 il öncə qışda Rusiyada yağışın yağması kimi hallar müşahidə olunub. Artıq okeana yaxın ölkələrdə katastrofik iqlim dəyişmələr olur. Bu proseslər materikin dərinliyinə də keçir və biz bunu yavaş-yavaş hiss edirik. Buna hazır olmalı və qabaqlayıcı tədbirlər görməliyik.
Alim düz deyir, hər şey qəfil baş vermirki.
Bəzi ölkələr aralarıdnakı konfliktlər davam edir. Bu dünya siyasəti üçün normal haldır. Təhlükəli tərəfi isə odur ki, qarşılılqı təhdidlər var. Özüdə Nüvə, Bioloji və Kimyəvi silahlarla. İnsanların axırına çıxmağın ən optimal üsulu bu silahlardır. Can dərdindən qaçılmaz olan bu silahların istifadəsi uzun illər qadağan olunub və tarix boyu çox az qisimdə sitifadə olunub. ABŞ-ın Xirosima və Nakasaki üzərinə yeritdiyi nüvə bombasından saya gəlməyəcək qədər əhali ölüb. Həmçinin atmosfer fəzasında Azon qatında böyük dəlik əmələ gətirib. Azon dəliyi Kosmosdan gələn ultrabənövşəyi süalardan bizi qoruyan yeganə qatdır. Dəliyin əmələ gəlməsi bəşəriyyət üçün böyük problemdir. Dərd orasıdır ki, bu dəliyi bağlamaq insanın bacara biləcəyi iş deyil. Açıldısa qurtardı.
Temperatur qalxması
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Təbliğat şöbəsinin müdiri İsa Əliyevin sözlərinə görə, hazırda dünyada qlobal iqlim sistemində istiləşmə gedir. Bu prosesin dünyanın ayrı-ayrı yerlərində özünü müxtəlif formada təzahür etdiyini deyən İ. Əliyev qeyd edib ki, iqlim çox geniş məfhumdur. Böyük bir sistem dəyişəndə bəşəriyyət üçün böyük çətinliklər yaradır: “Tarixən iqlimdə istiləşmə, soyuqlaşma olub. Lakin bu proses 1000 illər çəkib. Məsələn, tarixən təbii iqlim dəyişmələri nəticəsində temperaturun 1 dərəcə düşüb və ya qalxması üçün 1000-1200 il lazım gəlib. Buna da canlılar - heyvanlar, bitkilər uyğunlaşa bilib. Amma indi insanların günahı ucbatından baş verən bu dəyişmələr 30-40-50 il ərzində proqnozlaşdırılan ssenarilərə görə 3-4 dərəcə, hətta daha artıq artımlara səbəb olacağı gözlənilir. Bu da bütün bəşəriyyət üçün çox böyük təhlükələr yarada bilər. Hazırda qlobal istiləşmə gedir ki, bu da insanların günahı ucbatından atmosferə atılan istilik effekti yaradan qaz tullantıları konsentrasiyalarının atmosferdə kəskin şəkildə artması ilə bağlıdır”.
Əgər İstiləşmə gedirsə, bu, birinci növbədə özünü soyuq fəsillərdə göstərir. Yaya nisbətən qış fəsli daha tez qızır, ekvatorial zonalara görə qütblərə doğru temperatur daha sürətlə artır, soyuq yer daha tez isinir, soyuq fəsil daha tez istiləşir. Qış isti keçirsə, fərqlər azalır və yay daha erkən başlayır. İqlim dəyişmələrinin xarakterindən biridir ki, Azərbaycanda 35 dərəcə temperatur iyunun axırında müşahidə olunurdusa, indi ola bilsin ki, mayın axırında qeydə alınsın. Yanvarın orta temperaturu 5 dərəcə olurdusa, indi 8 dərəcəyə çatacaq. Fəsillər arasında ardıcıllığın tamamilə itməsi indiki halda inandırıcı deyildir. Fəsillər arasında fərq itsə, qütblərdəki buzlar tamam əriyər və nəticədə dünya okeanının səviyyəsi 64 metrə qalxa bilər. Bu zaman da bütün bərəkətli torpaqlar, iri yaşayış məntəqələri, şəhərlər suyun altında qalar. Dünya birliyi bu dəyişmələrin qarşısını ala bilməsə, 300-400 ildən və daha çox sonralar tam olmasa da, əksər hissəsi əriyə bilər. Qütblərdəki buzlar tam əriməsə, fəsillər arasındakı fərqlər müxtəlif yerlərdə müxtəlif cür azalsa da, ekvatorial zonadakı kimi tam itə bilməz.
Alimlər bildiri ki, Azərbaycanda orta illik temperatur təxminən 0,9-1 dərəcə artıb. Amma indiki sivilizasiyanın iqlim sisteminə təsiri daha güclüdür, hazırda iqlimə proqnoz vermək çətindir. Çünki iqlim qeyri-xətti prosesdir. Müxtəlif iqlim məlumatları əsasında regionlar üzrə ssenarilər hazırlanır. Bu da min mümkün variantdan biridir. Məsələn deyirik ki, 2030-cu ilə kimi orta illik temperatur 2 dərəcə, 2050-ci ildə isə 2,5-3 dərəcə artacaq. Qış temperaturlarında artımlar üstünlük təşkil edəcək. Əsrin sonuna kimi bəşəriyyətin inkişafı bugünkü trayektoriya ilə gedərsə, tullantıların azaldılması baş verməzsə temperatur 5-6 dərəcəyə kimi qalxa bilər. Bu da fəlakətlərə səbəb ola bilər. 2-3 dərəcə artım kiçik görünsə də, böyük fəlakətlərə-sellərə, yanğınlara, quraqlıqlara, səhralaşma, kənd təsərrüfatında böyük itkilərə səbəb ola bilər. Artıq bütün dünyada olduğu kimi Azərbaycanda da iqlim dəyişmələrinin təzahürləri müşahidə edilməkdədir. Belə ki, 2010-cu ildə İmişlidə, Sabirabadda, Saatlıda daşqınlar oldu. İqlim dəyişmələrinin bir xarakteri də var ki, getdikcə ekstremal meteoroloji hadisələrin (sellər, daşqınlar, quraqlıqlar, istilik stressləri və s. ) həm təkrarlanma tezliyi, həm də gücü artmaqdadır. Təhlükələr də bundan yaranır.
Buradan Beynəlxalq qurumlara səslənirik: Özümüzü qoruyun.
Rüfət Soltan
Adalet.az