Trampdan “Twitter“ akkauntunu bağlamaq tələbi

Trampdan “Twitter“ akkauntunu bağlamaq tələbi backend

Amerikalı seçicilərin 59%-i hesab edir ki, ABŞ-ın yeni prezidenti Donald Tramp "Twitter" sosial şəbəkəsindəki şəxsi akkauntunu bağlamalıdır. İKT.lent.az-ın CNN-ə istinadən xəbərinə görə, bu nəticə ABŞ universitetlərindən birinin keçirdiyi rəy sorğusu zamanı qeydə alınıb.


Rəyi soruşulanların 35%-i hesab edir ki, Tramp "Twitter" akkauntu vasitəsilə insanlarla ünsiyyətini davam etdirməlidir.

Respondentləri 59%-i milyarderin 4 illik prezidentlik dönəminə nikbinliklə yanaşır, 37%-i isə yaxşılaşma gözləmir.