“Kürəkənim mənə kömək edəcək” - Tramp İsraillə Fələstin davasından danışdı

“Kürəkənim mənə kömək edəcək” - Tramp İsraillə Fələstin davasından danışdı backend

ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp İsrail və Fələstin arasında sülh imzalanması üçün əlindən gələni edəcəyini söyləyib. BakiPost.az xarici mətbuata istinadən xəbər verir ki, bu fikirləri Tramp "New York Times” qəzetinə müsahibəsində deyib. O müsahibəsində iki dövlət arasında sülh yaratmaqla böyük müvəffəqiyyət əldə edə biləcəyini vurğulayıb:"Qızım İvanka Trampın həyat yoldaşı yəhudi əsillidir. Düşünürəm ki, kürəkənim Jared Kuşner, israillilər və fələstinlilər arasında sülh yarada bilməyim üçün mənə köməklik edəcək”.

Müsahibə zamanı Suriya məsələsinin tez bir zamanda həll edilməsi üçün çalışacağına söz verən Tramp, bu mövzuda digər dövlət başçılarından daha həssas düşündüyünü də qeyd edib. Dövlət başçısı seçki kampaniyaları zamanı verdiyi radikal vədlərindən biri olan "Dövlət başçısı olan kimi Hilari Klintonu həbs etdirəcəyəm” sözünü də geri çəkdiyini bildirib.