Əhməd Davudoğlu vəzifəsindən getməyə hazırdır

Əhməd Davudoğlu vəzifəsindən getməyə hazırdır backend

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iyunda keçiriləcək parlament seçkilərində məğlub olacağı təqdirdə, Baş nazir Əhməd Davudoğlu istefaya verməyə hazırdır.

Qaziler.az Trend-ə istinadən məlumat verir ki, bunu Ə.Davudoğlu özü NTV-yə müsahibəsində bildirib.

Baş nazirin sözlərinə görə, vəzifə onun üçün xüsusi əhəmiyyət daşımır, amma o əmindir ki, seçkilərdə məhz hakim partiya qalib gələcək.

Qeyd edək ki, bu il iyunun 7-də keçiriləcək parlament seçkilərində 53 765 231 seçici Türkiyə Böyük Millət Məclisinə (TBMM) öz nümayəndələrini seçəcək. Seçkilərdə 31 partiya iştirak edəcək.
Diaspora