“Dünyada məcburi köçkünlərin sayı rekord həddə çatıb” BMT-nin Fövqəladə Yardım üzrə koordinatorunun müavini Kan Qun Va Təhlükəsizlik Şurasının iclasında bildirib.
II Dünya Müharibəsindən bəri məcburi köçkünlərin sayının rekord həddə çatdığını deyən Kan Qun Vanın sözlərinə görə, hazırda dünyada 33 milyon nəfər məcburi köçkün var: “Onların əksəriyyəti artıq on illərdir ki, bu vəziyyətdədir”.Bunu APA-a BMT-nin saytına istinadən xəbər verib.