Çində qəribə qərar - Pxenyanın tələbi qəbul edildi

Çində qəribə qərar - Pxenyanın tələbi qəbul edildi backend

Çin məhkəməsi sosial şəbəkələrdə Şimali Koreya lideri Kim Çen In barədə xoşagəlməz ifadələr işlədilməsinə qadağa qoyub.

Qaziler.az bildirir ki, ATV.az-ın məlumatına görə, çinlilərin kütləvi şəkildə Kim Çen In xarici görünüşünü lağa qoyan ifadələr işlətməsi Pxenyanı hərəkətə keçirib. Pekinə rəsmi şəkildə müraciət edib Pxenyan, bu barədə tədbir görülməsini tələb edib. Məsələni dəyərləndirən Pekin, internetdə Şimali Koreya liderini lağa qoyan ifadələrin işlədilməsinə qadağa qoyub.

Qeyd edək ki, çinli gənclər Şimali Koreyanın illərdir Kim ailəsi tərəfindən idarə edildiyinə diqqət çəkərək sosial şəbəkələrdə Kim Çen In barəsində “Kim-üçüncü şişman” ifadəsini işlədirdi.