ABŞ-dan İrana növbəti - XƏBƏRDARLIQ

ABŞ-dan İrana növbəti - XƏBƏRDARLIQ backend

ABŞ-ın Xarici İşlər naziri Con Kerri İranın Yəməndəki husilərə dəstək olduğunu bildirərək xəbərdarlıq edib.

Qaziler.az ATV.az-a istinadən bildirir ki, ABŞ-ın xəbər kanallarından birinə danışan Kerri İranın Yəməndə olan husilərə kömək etdiyini açıq-aşkar bildirib: “Yəməndə İrandan gələn vəsaitlər var. Hər həftə İrandan ölkəyə uçuşlar olur. Biz İranın bu hərəkətlərinə sadəcə tamaşa etməyəcəyik”.

Kerri nüvə proqramına dair müzakirələrdə İranla razılaşmanın bölgədə beynəlxalq hüquqa zidd hərəkətlər etməsinə qarşı çıxmayacaqları mənasına gəlmədiyini qeyd edib.
Diaspora