“Nəzərə almamaq mümkün deyil”

“Nəzərə almamaq mümkün deyil” backend

“Rusiya bundan sonra da öz təhlükəsizliyini möhkəməndirəcək. Bu, hərbi təşkilatlanma, habelə sabitlik və inkişafa meyl edən dövlətlərlə tərəfdaşlıq hesabına baş verəcək”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə zabitlərin təltif edilməsi mərasimində deyib.

“Bu gün biz görürük ki, bəzi ölkələr daha çox öz siyasətini qeyri-məhdud hücum xarakterli addımlara transformasiya edirlər. Nəticədə Rusiya üçün strateji önəm daşıyan bölgələrdə münaqişəli potensial artır və təhlükələr meydana gəlir. Onları nəzərə almamaq mümkün deyil”, - deyə o vurğulayıb.
Diaspora