Yunanıstanın sabiq prezidenti Konstantinos Stefanopulos 90 yaşında vəfat edib. APA-nın məlumatına görə, bu barədə “AFP” xəbər yayıb. K. Stefanopulos 1995-2005-cı illərə Yunanıstanın prezidenti olub.
Bundan əvvəl ixtisasca hüquqşünas olan K. Stefanopulos Yunanıstan hökumətində müxtəlif vəzifələrdə çalışıb. Keçmiş prezident xəstəxanada pnevmoniyadan vəfat edib.