Moskva-Dubay təyyarəsini partlatmaqla hədələdilər

Moskva-Dubay təyyarəsini partlatmaqla hədələdilər backend

Noyabrın 20-də gecə saatlarında Domodedovo hava limanında fövqəladə hadisə qeydə alınıb.

Qaziler.az Rusiya mediasına istinadən xəbər verir ki, Moskvadan Dubaya uçmalı olan təyyarənin bir neçə içkili sərnişini salonda dava-dalaş salıblar.

Xuliqanlardan biri qışqıraraq onda bomba olduğunu bildirərək pilotların kabinəsini partlatmağa cəhd edib.

Ancaq çılğın sərnişinlər tezliklə saxlanılıblar, onlar göyərtədən düşürüləndən sonra təyyarə havaya qalxıb.