Amerikanın CBS kanalındakı Stiven Kolbertin aparıcısı olduğu "The Late Show"-nun yeni buraxılışında Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp satirik cizgi filminin qəhrəmanları olublar.
Verilişin əvvəlində Kolbert Trampın məhz Rusiyanın köməyi ilə seçkiləri udduğuna eyham vurur, sonra isə rəsmi çəkilmiş milyarderi studiyada salamlayır. Tramp isə qonşu kresloda oturan və onun qulağına pıçıldayan Putin tamaşaçılara nümayiş olunana qədər israrla bildirir ki, heç kim onun siyasətinə təsir edə bilməz.Yeni soyuq müharibənin başlanması ehtimalı ilə bağlı aparıcının sualına cavab olaraq Putin bildirir ki, studiya çox istidir və pencəyini çıxarır. Bundan sonra o, Trampı hipnoz edir və onu Alyaskanı verməyə razı salır.
Qaziler.az xarici mətbuata istinadən videonu təqdim edir: