Eyfel qülləsində iş dayandırıldı

Eyfel qülləsində iş dayandırıldı backend

Eyfel qülləsinin işçiləri Fransanın əsas həmkarlar ittifaqlarının iş günü tətil etmək çağırışına qoşulublar.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, onlar yerli vaxtla saat 18:00-a qədər qüllənin bütün mərtəbələrində işin dayandırıldığını elan ediblər.

Ümumi Əmək Konfederasiyasının nümayəndəsi bildirib ki, işin dayandırılmasını işçilərin 90 faizi, xüsusilə də bələdçilər və kassirlər dəstəkləyib: "Onlar hökumətin sərt iqtisadi siyasət kursuna qarşı keçirilən bu tətildə iştirakı vacib hesab ediblər".

Həmçinin bu gün axşam Parisdə Respublika meydanında regiondan gələcək əməkçilərin iştirakı ilə çoxminlik nümayiş gözlənilir.
Diaspora